İsmayıllıda “Açıq qapı günü” – vətəndaş forumu keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılıb. 2004-cü ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası qəbul edilib, 2006-cı il iyulun 25-də “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında” (2006-2008-ci illər) Prezident Sərəncam imzalayıb. 2007-ci ildə Dövlət Miqrasiya Xidməti yaradılıb.
Bu gün Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra institutusional və təşkilati, miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində çox əhəmiyyətli və maarifləndirici tədbirlər həyata keçirilməkdədir.
Belə tədbirlərdən biri fevral ayının 20-də İsmayıllıda reallaşıb. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinin Ağsu Regional Miqrasiya Xidməti İdarəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hüquq mühafizə orqan işçilərinin, icra nümayəndələri, məktəb direktorları ilə bələdiyyə sədrlərinin, maraqlanan sakinlərin, mətbuat nümayəndələrinin iştirakı ilə “Açıq qapı günü” – vətəndaş forumu keçirilib.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzində reallaşan tədbiri giriş sözü ilə RİH-başçısının birinci müavini Rövşən Ağayev açıb.
Sonra Ağsu Regional Miqrasiya Xidməti İdarəsinin sədri Faiq Mustafayev məruzə ilə çıxış edib. Regional Xidmət İdarəsinin rəsmisi Həmid Həbibov forum iştirakçılarına miqrasiya prosesləri, bu sahədə yaranan problemlər və onların tənzimlənməsi barədə məlumat verib. Vətəndaşlığı olmayan şəxslərə hüquq və vəzifələri izah olunub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşadığı yer üzrə qeydiyyata alınması və daimi yaşaması üçün tələb və əsaslar tədbirə toplaşanlara izah edilib.
Vətəndaşların problemləri ilə bağlı çoxsaylı suallar cavablandırılıb, səyyar qəbul keçirilib. Tədbir iştirakçılarına maarifləndirici materiallar, bukletlər paylanılıb.