Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir.

20 fevral 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq  Azərbaycan Respublikası Prezidenti Yanında Bilik fondu, İsmayıllı Rayon İcra Hakimiyyəti və Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə  Uşaq kitabxanasında 20 fevral 2018-ci il tarixdə “Müstəqil Azərbaycan Respublikası   Azərbaycan  Xalq  Cümhuriyyətinin  varisidir” mövzusunda tədbir keçirilib.
       Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə  Mirzəliyeva açıb, sonra mövzu ilə ətrafında məruzə edib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Könül Baxışova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamasının dövlətçilik tariximizə böyük hörmət olduğunu bildirib. Vurğulanıb ki, həmin dövrdə Azərbaycan milli hökümətinə müxalif olan Azərbaycan Parlamentində təmsil olunan bütün siyasi qüvvələrin nümayəndələri belə, bu dövlətin ədalətliliyini dəfələrlə etiraf ediblər. Sonra məruzə ətrafında çıxışlar dinlənilib. Qeyd edilib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlət səviyyəsində qeyd olunur.  Bilik Fondunun İsmayıllı rayon üzrə nüməyəndəsi Sevinc  Novruzova  “Cümhuriyyət ili” çərçivəsində bu cür tədbirlərin silsilə şəkilində keçiriləcəyini bildirib.
Tədbir verilən sualları cavablandırmaqla yekunlaşdırılıb.

Keçidlər