Şriftin ölçüsü :

Saytın rəngi :

Eko-Aləm İctimai Birliyi uşaq bağçasında

20 iyun 2013 | 15:00

19 iyun 2013-cü ildə Eko-Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “İqlim dəyişikliyinin uşaq sağlamlığına zərərli təsir risklərinin azaldılması” layihəsi çərçivəsində İsmayıllı rayonunda 1 nömrəli Uşaq bağçasında tədbir keçirmişdir. Qeyd etmək lazımdır ki, layihənin birinci mərhələsində təşkilat azərbaycan və ingilis dillərində “İqlim dəyişikliyi nədir” adlı kitabça nəşr etdirmişdir. Uşaq bağçasında keçirilən tədbirdə də həmin kitabça uşaqlara və bağça müəllimlərinə və tərbiyəçilərinə paylanmışdır. Tədbirdə İsmayıllı rayonunda fəaliyyət göstərən digər uşaq bağçalarının da tərbiyyəçiləri və 1 nömrəli bağçanın böyük qrupları iştirak etmişlər.
Eko-Aləm İB-nin sədri Sevil Yüzbaşeva ekoloji maarifləndirməni təşkil etmək məqsədilə uşaqlarla xüsusi oyunlar keçirmiş, uşaqlara şəkil çəkdirərək onların təbiət haqqında təəssüratlarını öyrəndikdən sonra onlara əlavə məlumatlar vermişdir.  S.Yüzbaşeva xüsusi olaraq uşaqlara sağlam olmaq üçün özlərini necə qorumaq, sudan səmərəli istifadə etmək, təmiz olmaq haqqında məlumatlar verdi və bildirdi ki, təbiətdə olan bütün canlılar insan həyatı üçün faydalıdır. Sevil xanim xüsusi olaraq ağacların insan üçün həyati əhəmiyyəti barəsində məlumat verdi. Bundan sonra praktiki olaraq uşaqlarla suyun təmizlənməsi və sağlam suyla insanların təmin olunmasıyla bağlı oyunlar keçirildi.
Tədbir olduqca maraqlı alındı. Uşaq Bağçasının müdiri Qalibə Əsədova belə tədbirlərin əhəmiyyətini qeyd etdi və bildirdi ki, bu cür praktiki oyunların ekoloji tərbiyənin formalaşmasında əvəzsiz rolu vardır.

Keçidlər