Xocalı soyqırımı qurbanları dindarlar tərəfindən anılıb.
Fevralın 22-də İsmayıllı şəhər “Cümə” məscidində İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin qurbanları anılıb.
Tədbirdə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, QMİ-nin səlahiyyətli nümayədəsi Şahzadə Bilalov, dini icma sədrləri, imamlar və mütəvəllilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov çıxış edərək Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş soyqırımı olduğunu faktlarla diqqətə çatdırıb.Erməni faşizminin bütün bəşəriyyət üçün təhlükə olduğunu, işğal olunmuş torpaqlarımızın tez bir zamanda Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geri qaytarılacağını bildirib.O, vurğulayıb ki,bu cür tədbirlərlə xalqımızın başına açılan müsibətlərin, yaşadığımız faciələrin gələcəyimiz olan gənclərə çatdırılması böyük əhəmiyyət daşıyır.İcra rəsmisi Xocalı faciəsi ilə bağlı rayonda keçirilən tədbirlər barədə danışıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev xalqımıza qarşı edilən qəddarlığın, vəhşiliyin heç bir insani dəyərlərə uyğun olmadığını vurğulayaraq bildirib ki, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yaşatmaq, ruhlarına dualar oxumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Daha sonra çıxış edən QMİ-nin səlahiyyətli nümayədəsi Şahzadə Bilalov, “Məhəmmədiyyə” məscidinin imamı Elnur Yusifov İslamda şəhidlik məqamı, vətən sevgisi mövzusunda danışıb, Xocalıda baş verən faciə haqqında fikirlərini bildiriblər.
Sonda vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub.