Xocalı soyqırımı qurbanları səhiyyə işçiləri tərəfindən anılıb.
Fevralın 24-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında Xocalı faciəsi qurbanları səhiyyə işçiləri tərəfindən anılıb. İlk öncə Xocalı soyqırımında şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Abdullətif Maqsudov çıxış edərək Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş soyqırımı olduğunu faktlarla diqqətə çatdırıb. RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov çıxışında Xocalı soyqırımınin XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət kimi tarixə düşdüyünü bildirib, işğal olunmuş torpaqlarımızın Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tez bir zamanda geri qaytarılacağını diqqətə çatdırıb. Mərkəzi Xəstəxananın həkimi, Şahmurad Şirəliyev, Əziz Əzizov isə keçirilən tədbirlərlə xalqımızın başına açılan müsibətlərin, yaşadığımız faciələrin gələcəyimiz olan gənclərə çatdırılmasının böyük əhəmiyyət daşıdığını qeyd ediblər.