Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub.

05 mart 2018 | 16:00

Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında 2005-ci il  tarixli Sərəncamına əsasən qeyd edilir.
Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Respublikamız son illər bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları Bakıda keçirilib.
Son illər İsmayıllıda da idmanın inkişafına xüsusi diqqət yetirilir. İdmançılarımızın nailiyyətləri ilbəil artır.
Martın 5-də Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Bədən Tərbiyəsi və İdman Günü yüksək səviyyədə qeyd olunub. Tədbir həm də 8 Mart Beynəlxalq Qadınlar Gününü də əhatə edib.
Tədbiri rayon Gənclər və İdman idarəsnin rəisi Taleh Salehov açıb. O, rayonun idman nailiyyətləri barədə məlumat verib, uğurlardan danışıb. Problemlərin həlli istiqamətində görüləcək tədbirləri diqqətə çatdırıb.
RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov Azərbaycan Respublikası Prezidentinin ölkədə idmana və gənc idmançılara göstərdiyi diqqət və qayğı barədə tədbirə toplaşanlara məlumat verib. İsmayıllıda rayon rəhbərliyi tərəfindən idmançılarımızın daimi qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Rayon idmançılarını Bədən Tərbiyəsi və İdman Günü, həmçinin idmançı qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayon rəhbərliyi adından təbrik edib.
İsmayıllı rayon Olimpiya İdman Kompleksinin direktor müavini Anar Həsənov, valideyinlər adından Cavanşir Sadıqov, Lahıc qəsəbə tam orta məktəbinin fiziki tərbiyə müəlliməsi Bənövşə İsmayılova və cüdo üzrə məşqçi müəllim Salmanzadə Nurlan çıxış edərək 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə bütün idmançıları təbrik ediblər, idmançılara göstərilən qayğıya görə öz təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə məşqçi müəllimlər, idmançılar  və 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə  rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər