Şriftin ölçüsü :

Saytın rəngi :

“Hər kəndə kitabxana”

19 iyun 2013 | 15:00

Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə layihə hazırlanmışdır: “Hər kəndə kitabxana”.
Azərbaycan hökuməti, Mədəniyyət və Turizm Nazirliyi layihəni bəyənmiş, maliyyə təminatı baxımından onun həyata keçirilməsini yerli özünüidarəetmə orqanlarına həvalə etməyi məsləhət bilmişdir.
18 iyun 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov bu məqsədlə İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, Mədəniyyət və Turizm şöbəsinin, Təhsil şöbəsinin,  Mərkəzi Xəstəxanın nümayəndələri ilə Heydər Əliyev Mərkəzində görüşmüşdür. Bir neçə ilə hesablanmış layihə bir az da genişləndirilmiş və qərara alınmışdır ki, hər kənddə kitabxana, tibb məntəqəsi və məktəb olsun. Layihənin həyata keçirilməsindən ötrü bələdiyyələrin maliyyə   mənbələri təhlil olunmuş, gəlir gətirə biləcək fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
Layihə ilə əlaqədar hər kəsin təklifi, rəyi sorulmuş, səmərəli olanları nəzərə alınmışdır.

Keçidlər