İsmayıllıda 8 mart Beynəlxalq Qadınlar Günü təntənəli şəkildə qeyd olunub.
Ölkəmizdə dövlət-qadın siyasəti uğurla həyata keçirilir. Azərbaycan qadınının ictimai-siyasi həyatda fəallığı durmadan artır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda qadınların fəallığının təmin edilməsi,sosial həyat şəraitinin yaxşılaşdırılması, ölkədə gender bərabərliyinin təmin olunması üçün normal şərait yaradılmasına geniş imkanlar yardır.
8 Mart bütün dünyada qadınların bayramı kimi qeyd olunur. Martın 7-də İsmayıllıda rayon Mədəniyyət Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Günü təntənəli şəkildə qeyd olunub.
Tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov,RİH-nin aparat işçiləri,idarə və müəssisələrdə, təhsil səhiyyə və mədəniyyət sahəsində çalışan qadınlar,ictimaiyyət nümayəndələri iştirak edib.
RİH-nin başçısı M.Sadıqov ölkədə aparılan sosial-iqtisadi siyasət barədə məlumat verib. Dövlət-qadın siyasətinin uğurlu həlli barədə danışıb. Rayon qadınlarını bayram münasibətilə təbrik edib. Xalçaçı Ruhiyyə Süleymanovaya “Tərəqqi medalı” təqdim olunub.
Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov, RMX-nın baş həkimi Aydın Əsədov, İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsi rəisinin müavini Azər Abbasov və başqaları çıxış edərək 8 Mart Qadınlar Günü münasibəti ilə tədbirə toplaşanları və onların şəxsində bütün Azərbaycan qadınlarını təbrik ediblər.
Tədbir musiqili ədəbi-bədii proqramla davam etdirilib.
Fəal və ictimaiyyətiçi qadınlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.