Prezidenti seçkilərinə hazırlığın gedişinə həsr olunmuş müşavirə keçirilib.
09.03.2018-ci il tarixində Rayon Mədəniyyət mərkəzində 11 aprel 2018ci il tarixdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq və ictimai təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirə keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, hüquq mühafizə orqanlarının rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, xidmət təşkilatlarının rəhbərləri və bir qrup ziyalı iştirak edib.
RİH başçısı Mirdaməd Sadıqov 11 aprel 2018-ci il tarixdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar geniş danışaraq tövsiyyə və tapşırıqlarını verib. Sonra söz 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının sədri Ə.Məhərrəmova verilib. Ə.Məhərrəmov çıxışında seçici siyahılarının dəqiqləşdirildiyini və 86 saylı İsmayıllı Dairə Seçki Komissiyası üzrə 41040 nəfər və 87 saylı Ağsu–İsmayıllı Dairə Seçki Komissiyası üzrə 4640 nəfər seçicinin olduğunu bildirərək, 11 aprel Prezident seçkilərinə məntəqə seçki komissiyalarının tam hazır olduğunu bildirib.
Etibarlılıq müddətini bitirmiş və 18 yaşı tamam olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə əlaqədar İsmayıllı rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Bayram Zeynalov çıxış edərək, təsdiq edilmiş cədvələ uyğun nümayəndəliklərin ərazisində şənbə və bazar günləri də daxil olmaqla hər gün səyyar xidmətin təşkil olunduğunu və seçki gününədək vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin ediləcəklərini deyib.
Daha sonra ərazilərdə elektrik enerjisi və rabitə ilə bağlı yaranan problemlərlə əlaqədar aidiyyəti təşkilat rəhbərləri dinlənilib, onlara vəzifə funksiyalarına uyğun tapşırıqlar verilib.