Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları ilə görüş keçirilib.

12 mart 2018 | 16:00

11 mart 2018-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətində,  Azərbaycanda kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər, təhsil və energetika sahələrinin nümayəndələri ilə danışıqlar aparmaq məqsədi ilə Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf  Nazirliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Azərbaycan tərəfdaşları ilə birlikdə görüş keçirilib. Görüşdə İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov qonaqlara İsmayıllı rayonu haqqında ətraflı məlumat verib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin  (GİZ) missiya  rəhbəri Dr. Kirsten Probst və cəmiyyətin ekspertləri İsmayıllı rayonunda həyata keçirdikləri və növbəti illərdə nəzərdə tutulmuş layihələr barədə RİH başçısına ətraflı məlumat verib.

Keçidlər