Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Azərbaycanlıların Soyqırımının 100 illiyi “Ana harayı” abidəsi önündə qeyd olunub.

31 mart 2018 | 16:00

XIX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı ermənilər tərəfindən mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız misli görünməmiş itkilərə məruz qalıb, tarixin ən dəhşətli faciələri ilə üzləşməli olub.
1998-ci ilin mart ayının 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqrımı haqqında” Fərman imzalayıb. Fərmana əsasən hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
2018-ci ildə bu tarixi faciənin 100 ili tamam olur. Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyev sərəncam verib.
İsmayıllıda da Sərəncama uyğun  silsilə tədbirlər həyata keçirilib. 29 martda keçirilən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi məhz bu mövzuya həsr olunub. İdarə və müəssisələrdə, təhsil, səhiyyə və mədəni maarif müəssisələrində, İƏD üzrə nümayəndəliklərdə soyqrımla bağlı tədbirlərin icrası erməni xislətini, xalqımıza qarşı törədilən faciələrin mahiyyətini ortaya qoyub.
Martın 31-də İsmayıllıda 3 il bundan öncə tikilib istifadəyə verilmiş “Ana harayı” soyqırımı abidəsi önündə keçirilən ümumrayon mitinqi yaddaşları bir daha təzələyib, gənc nəslə erməni vandallarının xalqımıza qarşı yürütdüyü soyqrımın mahiyyəti izah olunub.
Ermənilər tərəfindən İsmayıllı kəndlərində qətlə yetirilmiş mindən çox soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon rəhbərliyi tərəfindən abidə önünə əklil qoyulub.Xatirə abidəsi önünə mitinq iştirakçıları tərəfindən tər qərənfillər düzülüb. Veteranlar şurasının sədri Əlaləm Babayev, İsmayıllı Cümə məscidi dini icmasının sədri Vasif Teymurov çıxış edərək bu tarixi faciələri unutmamağı gənclərə tövsiyə ediblər. Hacıhətəmli, Talıstan, Kürdmaşı, Sulut, Zeyvə, Mücü, Zərnava, Sərdahar və bir çox digər kəndlərin əhalisinin erməni soyqırımına məruz qaldığını diqqətə çatdırıblar.
Ümumrayon mitinqi erməni faşizminə qarşı daha sıx birləşmək, işğal olunmuş vətən torpaqlarının azad edilməsi üçün hər an hazır olmaq, dünyaya erməni xislətini tanıtmaq əzmi ilə sona yetib.

Keçidlər