Kənd təsərrüfatı işlərinin gedişi müzakirə edilib.
06 aprel 2018-ci il tarixində İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsində “Yeni salınacaq fındıq bağlarında, tütün əkiləcək sahələrdə və tütün şitilliklərində, eləcə də barama qurdunu saxlanılması üçün hazırlıq işlərinin gedişi” mövzusunda seminar - müşavirə keçirilmişdir. Müşavirədə Rayon İcra Hakimiyyətinin nümayəndəsi, kənd təsərrüfatı mütəxəsisləri, bələdiyyə sədrləri, fermerlər və kümçülər iştirak etmişdir. Tədbirdə yeni salınmış fındıq bağlarında mövcud vəziyyət, tütün əkininə hazırlıq, tütün şitilliklərinə qulluq işləri müzakirə edilmiş, eləcə də barama qurdunun bəslənilməsi üçün mövcud yem bazasından səmələri istifadə olunması və barama qurdu saxlanılacaq yerlərin hazır vəziyyətə gətirilməsi diqqətə çatdırılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Sonda fermerləri, kümçüləri narahat edən məsələlər aydınlaşdırılmış və onların sualları cavablandırılmışdır.