Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniya Federativ Respublikasının səfiri İsmayıllıda

25 aprel 2018 | 16:00

Aprelin 25-də Almaniya Federativ Respublikasının  Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Mixael Kindsqrab  İsmayıllı rayonunda səfərdə olub.
Səfiri Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mirdaməd Sadıqov və Millət Vəkili  Novruzəli Aslanov  qarşılayıb. Qonağa rayonun sosial-iqtisadi inkişafı və aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Rəsmi qarşılanmadan sonra səfir rayonun bir sıra görməli yerləri   ilə tanış olub. Şahdağ Milli Parkı, İvanovka kəndi və İsmayıllı Şərab-2 sənaye və turizm kompleksi ilə tanışlıq rayon haqqında qonaqda zəngin təəssürat yaradıb.

Keçidlər