Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş poliatlon çoxnövçülüyü üzrə zona yarışı

27 aprel 2018 | 16:00

27 aprel 2018-ci il tarixdə İsmayıllı şəhər 3 nömrəli  məktəb-liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona birinciliyi keçirilmişdir. İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəis müavini Rauf Rəcəbov tədbiri açıq elan etmiş və qeyd etmişdir ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, vətənpərvərlik hisslərinin aşılanmasında və gənclərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.Gənclər və İdmanNazirliyinin nümayəndəsi Rəşad Rəsulov, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Kərimov çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışmış və komandalara uğurlar arzulamışlar. Poliatlon dördnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbara atmaq və turnikdə dartınma növləri üzrə keçirilmişdir. Yarışda Ağsu, Ağdaş, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Balakən, Ucar, Zərdab və İsmayıllı komandaları iştirak etmişdir. Yarışın yekununa əsasən  Qax komandası I yerə, Qəbələ komandası II yerə,  İsmayıllı komandası isə III yerə layiq görülmüşdür. Məlumat üçün qeyd edək ki, I, II, III, yerin qalibləri Göygöl şəhərində keçirilən final mərhələsinə vəsiqə qazanmışlar.

Keçidlər