Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat tədris olunan məktəb şagirdlərinin yarışı keçirilib

25 aprel 2018 | 16:00

Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  Şahmat  fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin ll,lll və lV sinif şagirdləri arasında rayon birinciliyi keçirilib.
Birincilikdə məqsəd may ayında Bakı şəhərində keçiriləcək şahmat festivalında iştirak edəcək komandanın tərkibini müəyyən etmək olub.
Yarışda rayonun şəhər 1,2,3,5 nömrəli,Qalınçaq kənd və Lahıc qəsəbə tam orta məktəblərinin şahmatçıları mübarizə aparıblar.
Gərgin mübarizə nəticəsində şəhər 1 nömrəli tam orta məktəbin üç şagirdi, şəhər 3 nömrəli məktəb-liseyin bir şagirdi və şəhər 5 nömrəli tam orta məktəbin isə iki şagirdi şahmat festivalının  final mərhələsinə vəsiqə qazanıblar.

Keçidlər