İsmayıllıda “Azərmətbuatyaymı” ASC-nin regional toplatısı keçirilib.
03 may 2018-ci il taixdə İsmayıllıda “Azərmətbuatyayımı” ASC-nin regional toplantısı keçirilib. Toplantıda Şamaxı, Ağsu, Qobustan, Oğuz, Qəbələ, Göyçay, Şəki, Ağdaş, Zaqatala, Balakən, Qax, Ucar, Mingəçevir rayonlarından olan şöbə və sahə rəisləri iştirak edib. Toplantını İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq gələn qonaqları salamlayıb və mətbuatın 4-cü hakimiyyət olduğunu, dövlətimizin inkişafında önəmli yer tutduğunu qeyd edib. “Azərmətbuatyayımı” ASC-nin sədri Süleyman Salmanov tədbirin təşkilinə görə RİH başçısına və aparatına təşəkkürünü bildirib. Tədbir “Azərmətbuatyaymı” ASC-nin region şöbələrinin və sahə rəislərinin gündəmdə olan məsələlərin müzakirəsi ilə davam edib.