Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonu üzrə Maliyyə İdarəsində Ulu öndər Heydər Əliyevın 95 illik yubileyi münasibəti ilə tədbir keçrilib

03 may 2018 | 16:00

03 may 2018-ci il tarixində İsmayıllı rayonunun Maliyyə İdarəsində Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə tədbir keçirildi.
İdarənin rəhbəri Radim Müslümov çıxış edərək, 10 may 2018-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və onun həyatı, fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirdi ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq sevgisini qazanmış öndər kimi qaldı. Xalqımızın tarixi fəlsəfəsi, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətləri göstərən ikinci dövlət adamı mümkün deyildir. Bu mənada, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvən yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Heydər Əliyev təkcə Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacardı. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltmək bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəqaqatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O, təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan bir kütləni arxasınca aparmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi üçün qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi. Dünyanın ən qüdrətli simaları sırasına yüksələn ulu öndərimiz ən mürəkkəb, ən ağır,
Ulu öndərin bu gün, sabahı görmüş işlərimizə həyatımıza o qədər nüfuz edib ki, bu gün Azərbaycan deyəndə millətimizin lideridir, Heydər Əliyev deyəndə də Azərbaycan başa düşülür. Heydər Əliyevə borcluyuq.
Bu gün ölkəmiz Heydər Əliyev siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırdı, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyi, müstəqil Azərbaycan müstəqil Azərbaycan etibarlı əllərdə olduğuna əmin olmuşdur. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımızın bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birleşir.

Keçidlər