Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon Statistika İdarəsində 03 may 2018-ci il tarixdə Ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

03 may 2018 | 16:00

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Statistika İdarəsinin rəisi Əziz Əzizov Ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxış edərək ətraflı məlumat verdi. Natiq çıxışında tədbir iştirakçılarının nəzərinə aşağıdakı əsas məqamları  çatdırdı.
Əslində, Heydər Əliyevlə bağlı hər bir mövzu nə qədər  əzizdirsə, nə qədər doğmadırsa, o qədər də məsuliyyətlidir. Çünki, Azərbaycanda elə bir sahə yoxdur ki, Onun misilsiz xidmətləri olmasın, çox hallarda da O bu işlərin qurucusu və yaradıcısıdır. Eyni zamanda onunla bağlı hətta ən kiçik məsələ də böyükdür, çox əhəmiyyətli və qiymətlidir. Heydər Əliyev irsi bizim üçün və gələcək nəsillər üçün zəngin xəzinədir, vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir.              
      Tədbirdə iştirak edən İsmayıllı Rayon Statistika İdarəsinin rəis müavini Məmmədov Daşdəmir, baş məsləhətçisi Aydınov Simran və aparıcı məsləhətçisi Manafova Səfayə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlər haqqında dəyərli fikirlər söylədilər.

Keçidlər