Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun Peşə Tədris Mərkəzində taktiki-xüsusi təlim keçirilib.

08 may 2018 | 16:00

Tədbirdən öncə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Milli Məclisin deputatları Novruzəli Aslanov və Tahir Kərimli, Fövqəladə Hallar Nazirliyinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinin üzvlərinin iştirakı ilə konfrans keçirilib,konfransda keçiriləcək təlim haqqında ətraflı məlumatlar verilib. Tədbir “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi (TMİQ) çərcivəsində, Fövqəladə Hallar Nazirliyi və AzQAC-ın arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında təşkil edilib. Təlimdə həmçinin İsmayıllı Rayon İcra Hakimiyyətinin, Daxili İşlər və Səhiyyə nazirliklərinin qüvvə və vasitələri iştirak ediblər. Beynəlxalq Qızıl Xac və Qızıl Aypara Hərəkatının yaranma günündə təşkil olunmuş birgə təlimin gedişində şərti olaraq, zəlzələ nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, yerli idarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətdə təhlükəli ərazilərdən insanların təxliyyəsi, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralılara xəstəxanaya qədərki ilk yardım və stress halına düşmüş insanlara ilk psixoloji yardımın göstərilməsi, ictimai asayişin qorunması, ümumiyyətlə fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması sahəsində birgə tədbirlər nümayiş etdirilib. “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi Azərbaycanın İsmayıllı və Qusar rayonlarında Avstriya İnkişaf və Əməkdaşlıq Agentliyi, Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi, İsmayıllı və Qusar rayonlarının İcra hakimiyyətləri və kənd bələdiyyələrinin dəstəyi, yerli icmaların fəal iştirakı ilə 2012-ci ildən bu vaxta qədər uğurla həyata keçirilib.Tədbirdə Fövqəladə Hallar Nazirliyi, AzQAC və İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, dövlət qurumlarının yerli nümayəndəlikləri və beynəlxalq müşahidəçilər iştirak ediblər. Tədbirin sonunda təlimdə fəal iştirak edənlərə diplom və hədiyyələr təqdim edilib.

Keçidlər