Şriftin ölçüsü :

Saytın rəngi :

İƏD üzrə nümayəndəliklərdə “Açıq qapı” günləri keçirilir.

11 may 2018 | 16:00

İƏD üzrə nümayəndəliklərdə “Açıq qapı” günlərinin keçirilməsinin əsas məqsədi yerli idarəetmə prosseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyinin artırılması, fikir mübadiləsinin aparılması, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi yolu ilə fəaliyyətin daha da genişləndirilməsi, icmaların fəaliyyətinin yaxşılaşdırılmasıdır.
Əhalinin müxtəlif təbəqələrini təmsil edən vətəndaşların, xüsusilə də ağsaqqalların, ziyalıların və gənclərin yerli idarəetmədə iştirak edə bilmə imkanlarının artırılması və sakinlərin öhdəlikləri istiqamətində maarifləndirici görüşlərin keçirilməsi, yaşayış məntəqələrinin vacib problemlərinin araşdırılaraq həlli yollarının müəyyən edilməsi və aidiyyəti təşkilatlar qarşısında müvafiq məsələ qaldırılaraq nəticəsi barədə sakinlərə məlumat verilmişdir.
03 may 2018-ci il tarixdən başlayaraq İvanovka, Qalagah, Soltankənd, Hacıhətəmli, Mollaisaqlı, Ruşan, Qalınçaq, Kürdmaşı və Aşıqbayramlı kənd İƏD üzrə nümayəndəliklərdə “Açıq qapı” günləri keçirilmiş və 25 may 2018-ci il tarixədək digər nümayəndəliklərdə də belə günlərin keçirilməsi davam etdiriləcəkdir.

Keçidlər