Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun dağlıq ərazilərində yağan dolu və leysan yağışları bir sıra kəndlərə ziyan vurub.

11 may 2018 | 16:00

10 may 2018-ci il tarixdə axşam saat 22-23  radələrində rayonun dağlıq ərazisində yağan  dolu və  leysan yağışları nəticəsində Köhnədaxar kəndində kənd təsərrüfatına və kənddaxili yollara ziyan dəymişdir. Rayonun Əhən kəndində bələdiyyə mülkiyyətində olan su təsərrüfatına və kəndin daxili yollarına ziyan dəymişdir. Lahıc qəsəbəsinə gedən yolun bir neçə hissəsində dağ yamacı axaraq yolu bağlamışdır.

*****

10 may 2018-ci il tarixdə saat 17  radələrində rayonun dağlıq ərazisində yağan  dolu və  leysan yağışları nəticəsində Basqal qəsəbəsi, Sulut  və Xankəndi İƏD üzrə nümayəndəliklərini əhatə edən kəndlərin kənd təsərrüfatına, bağ və bostanlara, kənddaxili yollarına  ziyan dəyib. Basqal-Sulut yolunun 8-ci kilometrliyində yerləşən körpünü dağlardan gələn sel apardığı üçün Sulut kəndinin rayonla  əlaqəsi kəsilib.

 

Keçidlər