Şriftin ölçüsü :

Saytın rəngi :

Beş nömrəli məktəbin əhatəsində yaşayan şəhər sakinlərinin qəbul-görüşü

12 may 2018 | 16:00

Son bir neçə ildir ki, ardıcıl uğurları ilə fərqlənən 5 nömrəli məktəbin akt zalında əhatədə yaşayan şəhər sakinləri ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul-görüş keçirib. İştirakçıları salamlayan icra başçısı qeyd edib ki, rayonun inkişaf tempi yüksələn xətlə davam edir. Əhalinin maraqlarına və ehtiyaclarına uyğun layihələrin icrasına daha çox diqqət yetirilir. Abadlıq, quruculuq, tikinti, sənaye, kənd təsərrüfatı sahələrinə eyni dərəcədə diqqətlə yanaşılır, icraçılardan eyni dərəcədə məsuliyyət tələb edilir. Bütün bunlar və açılan çoxsaylı iş yerləri insanların həyat şəraitini yaxşılaşdırır, gəlirlərini artırır, təhsilin, mədəniyyətin inkişafı üçün təminatlı şərait yaradır.
Giriş nitqindən sonra RİH-nin başçısı Mirdaməd Sadıqov iştirakçıları dinləyib. Məlikov Fəzail 30 evdən ibarət məhlənin qaz çəkilişindən kənarda qalmasını deyib. Rasim Poladov çınqıl döşənmiş Ruslan Bədəlov küçəsinə asfalt da döşənməsini xahiş edib. Kollec qurtaran, idmançı və ya əlil uşaqlarına iş xahişi ilə müraciət edənlər də olub.
Hər bir xahiş və təklif diqqətlə dinlənilib, qanuna uyğun cavablandırılıb və ya icraya yönəldilib.

Keçidlər