Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzusunda maarifləndirici tədbir

17 may 2018 | 16:00

Azərbaycan Dillər Universiteinin bir qrup  müəllimi İsmayıllı rayonunda yerləşən Ağdam rayonu 30 saylı tam orta məktəbinə və  İvanovka kənd tam orta məktəbində səfər ediblər. Səfərdə  Dillər Universitetinin əməkdaşları Aida Yusifzadə, Kifayət Hacıyeva və Xəyalə Ağayeva iştirak ediblər. Əsas məqsəd Cümhuriyyətin 100 illiyinə həsr olunmuş maarifləndirici tədbir keçirmək olub. RİH aparatının Gülnarə Mirzəliyeva qonaqları müşayət edib.
Universitetin əməkdaşları hər iki məktəbdə Azərbaycan Xalq Cümhuriyyətindən, ümummilli lider Heydər Əliyevin müstəqilliyin bərpası fonundakı tarixi xidmətlərindən danışıblar.
Tədbirin sonunda iştirakçıların Cümhuriyyətə aid suallarını ətraflı cavablandırlıb.

Keçidlər