Cülyanda “Dini radikalizm, zəzərli vərdişlər və erkən nikaha qarşı mübarizə” mövzusunda tədbir.
Mayın 22-də İsmayıllının Cülyan kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Rayon Polis Şöbəsi və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Lətifə Əliyeva, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, RİH-nin nümayəndəsi Bəhruz Xələfov, RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, Cülyan kənd tam orta məktəbinin direktoru Eyvaz Mursalov, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Eyvaz Mursalov mövzunun önəmindən bəhs edib və əhəmiyyəti barədə məlumat verib. Sonra Lətifə Əliyeva və Elnur Mehdiyev dini radikalizmin fəsadları, yaranma səbəbləri, ona qarşı mübarizə metodlarından danışıblar.
RİH-nin nümayəndəsi Bəhruz Xələfov və RPŞ-nin baş inspektoru Rahim Orucov çıxış edərək bildiriblər ki, bu cür tədbirlərin keçirilməsində məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, uşaqların hüquqlarının müdafiəsi, sosial problemləri, narkomaniya ilə mübarizə, eyni zamanda bu sahədə mövcud çətinliklərin aşkar edilməsi və aradan qaldırılmasıdır.
İşgüzar dialoq formasında müzakirələrlə tətbir yekunlaşıb.