Şriftin ölçüsü :

Saytın rəngi :

Gəndov məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd olunub.

24 may 2018 | 16:00

Respublikamızın hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü – Respublika Günü təntənəli şəkildə qeyd olunur, ölkə Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası təmin edilir.
İsmayıllıda da Cümhuriyyətin yüz illik yubileyi silsilə tədbirlərlə yüksək səviyyədə xarakter daşıyır.
Mayın 24-də Gəndov kənd ümumi orta məktəbində Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi maraqlı və məzmunlu tədbirlə qeyd olunub.
Müəllim və şagird kollektivinin, valideyinlərin, Rayon İcra Hakimiyyəti aparatı nümayəndəsinin, YAP-sı üzvlərinin, təhsil işçilərinin, kənd bələdiyyəsinin iştirakı ilə keçirilən tədbir məktəb şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirməklə başlayıb.
Təntənəli yubiley tədbirini giriş sözü ilə məktəbin direktoru Xuraman Qurbanova açıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məktəbin tarix müəllimi Günel Əsgərova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Murad Məhərrəmov, YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev çıxış edərək qeyd ediblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımız öz milli azadlığının, müstəqilliyinin təməlini qoyub, qısa müddətdə həyata keçirdiyi tədbirlərlə milli dövlətçilik ənənələrimizin bərpasına nail olub. Bu gün isə ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun davamçısı, idarəetmə və diplomatiya sahəsində böyük bacarığa malik olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin əbədi xarakterini təmin edir.
RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, metodisti Sədəf Mikayılova, kənd bələdiyyəsi Azər Bağırov müstəqillik tariximiz və ölkəmizin bu günkü inkişafı barədə danışıblar.
Şagirdlərin ifasında səsləndirilən mahnılar, söylənilən şeirlər, nümayiş etdirilən kompozisiya və slaydlar tədbiri daha canlı və maraqlı edib.
Sonda məktəb rəhbərliyi tərəfindən bir qrup müəllim və şagirdə fəxri fərmanlar təqdim olunub.

Keçidlər