Şriftin ölçüsü :

Saytın rəngi :

“Nümayəndə günü” iclası keçiriib

25 may 2018 | 16:00

25 may 2018-ci il tarixdə saat 11:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Nümayəndə günü” iclası keçirilib. İclasda RİH başçısının İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri və İsmayıllı rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Həsən Həsənov iştirak ediblər.
İclasın gündəliyində torpaqların münbitliyinin qorunması məqsədi ilə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icra vəziyyəti və kənd təsərrüfatının inkişafı məqsədi ilə İƏD üzrə nümayəndəliklərin ərazisində tütün, barama, fındıq istehsalı ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin icrası vəziyyəti barədə məsələlər daxil edilmişdir.
İclası giriş sözü ilə RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov açaraq gündəlikdə duran məsələlər barədə iştirakçıları tanış etmiş və kənd təsərrüfatının inkişafı ilə əlaqədar tapşırıqların icrası vəziyyəti barədə məlumat verməklə qarşıda duran vəzifələri diqqətə çatdırıb.
İsmayıllı rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Həsən Həsənov ölkə prezidenti cənab İlham Əliyevin 10 avqust 2016-cı il tarixdə rayonumuza səfəri zamanı qarşıya qoyduğu vəzifələrin icrasından danışmış və hal-hazırda rayonumuzda kənd təsərrüfatının inkişafı ilə əlaqədar tütün və  barama istehsalı,  fındıq bağlarının salınması sahəsində görülmüş işlərdən, yol verilmiş  nöqsanlardan və qarşıda duran vəzifələrdən danışıb.
İclasda torpaqların münbitliyinin qorunması məqsədi ilə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı bir daha iştirakçıların diqqətinə çatdırılmış və Sərəncamın icrasına ciddi riayət olunması ilə əlaqədar İƏD üzrə nümayəndələr və bələdiyyə sədrlərinə tapşırıq və tövsiyələr verilib.
İclasın sonunda İƏD üzrə nümayəndə və bələdiyyə sədrlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Keçidlər