İsmayıllı Rayon Təhsil Şöbəsi Gənclərin İnkişaf Mərkəzində "Azərbaycan Xalq Cümhuriyyəti - 100" adlı tədbir keçirib.
Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, RTŞ-nin müdiri Rasim Orucov və ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirk edib. Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov məruzə ilə çıxış edib. Şagirdlər tərəfindən söylənilən şeirlər, nümayiş etdirilən kompozisiya və slaydlar tədbiri daha canlı və maraqlı edib.
RİH başçısının müavini Sevil Əhmədova sonda çıxş edərək rayon rəhbərliyi adından tədbir iştirakçılarını AXC-nin 100-cü ildönümü münasibəti ilə təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətinin vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdiyini, müstəqil Azərbaycan dövlətinin əsasını qoyduğunu, Azərbaycan xalqına müstəqil yaşayıb inkişaf etmək yolunu göstərdiyini qeyd edib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.