Cümhuriyyətin 100 illiyi Topçu kənd məktəbində də qeyd edilib.
25 may 2018-ci il tarixində Topçu kənd tam orta məktəbinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə RİH-nin məsul işçisi Nəsimi Teymurov, İsmayıllı rayon Təhsil Şöbəsinin əməkdaşları Şəfaqət Rəsulov , Rəşid Məmmədov məktəb rəhbərliyi, fənn müəllimləri, şagirdlər və kənd sakinkləri iştirak edib.
Tədbirdə məktəbin direktor müavini İzzət Şirəliyev, tarix müəllimi Rəşadət Abdulov, RTŞ-nin əməkdaşları Şəfaqət Rəsulov və Rəşid Məmmədov Demokratik Cümhuriyyətin yaranması tarixindən, onun keçdiyi yoldan, süqutu səbəblərindən, müstəqilliyimizin əbədiliyi yolunda ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən və bu günki Azərbaycanın sürətli inkişafından, yüksək nailiyyətlərindən danışıblar.
RİH-nin məsul işçisi Nəsimi Teymurov müstəqilliyimizin yaranması və bərpa dövrlərini, hazırda Azərbaycanın sürətli və hərtərəfli inkişafı istiqamətində fikirlərini qeyd edib.
Mahnı və şerlərdən ibarət kompozisiya nümayiş etdirilib. Kompozisiyada Cümhuriyyət tarixinin əsas anları, şeir parçaları, mahnılar və nəsr parçaları ilə əks etdirilib.