İsmayıllıda güclü küləklə müşaiyət olunan leysan yağışlarının yaratdığı fəsadlar aradan qaldırılıb.
26 may 2018-ci il tarixində axşam saat 22:30 radələrində rayon ərazisində başlayan güclü küləklə müşaiyət olunan leysan yağışları nəticəsində rayonun elektrik, yol, qaz və kənd təsərrüfatına ziyan dəymişdir.
İsmayıllı rayonunun şəhər mərkəzində, lahıc qəsəbəsində və 58 kəndə elektrik verlişi kəsilmişdir. Axox çayından keçən qaz xəttinin dağılması nəticəsində 7 kəndə qaz veirlişi kəsilmişdir. 50-ə yaxın iri və xırda buynuzlu heyvanı sel aparmışdır. Şəhər ərazisində ağaçların aşması nəticəsində 2 şəxsi avtomobilə ziyan dəymişdir. Göyçay, Axox və Girdiman çaylarında güclü sel gəlmişdir. Dağ kəndlərinin yolları dağılmışdır. Taxıl sahələri külək və leysan yağışlarının təsirindən yerə yatmışdır.
Mülki tikintilərə və sosial obyektlərə ziyan dəyməmişdir.
28 may 2018-ci il tarixində rayonun kəndlərinə elektrik və təbii qaz verilişi bərpa edilib.