Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri İsmayıllıda vətəndaşları qəbul edib

29 may 2018 | 16:00

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 29-da İsmayıllıda vətəndaşları qəbul edib.

Qəbuldan öncə M.Abbaszadə və rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda İsmayıllı, Qəbələ, Şamaxı və Qobustan rayonlarından olan sakinlər iştirak ediblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Müraciətlər əsasən təhsil haqqının ödənilməsi, işlə təminat, eləcə də bəzi fənlərin test imtahanlarına salınması ilə bağlı olub. Qəbulda, eyni zamanda, buraxılış, sınaq və qəbul imtahanları ilə əlaqədar vətəndaşların müraciət və xahişləri də dinlənilib.

Müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılmaq üçün qeydiyyata götürülüb. Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Sonda Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat üçün müsahibə verib.

Qəbuldan sonra Dövlət İmtahan Mərkəzi İsmayıllı rayonunun təhsil işçiləri üçün maarifləndirici seminar keçirib. Məktəb direktorları, Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə müəllimlər üçün təşkil edilən seminar 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumtəhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinə həsr olunub. Seminarda 2017-ci ildə buraxılış imtahanlarının statistik təhlili də aparılıb.

Keçidlər