Kollec açılır, ictimaiyyət minnətdarlıq edir.
Rayonumuza uzun illərə hesablanmış yeni bir təhsil layihəsi gəlir. İsmayıllı Dövlət Humanitar və Texnologiyalar kolleci açılır. Bu münasibətlə 28 iyun 2013-cü il tarixdə Heydər Əliyev mərkəzində minnətdarlıq tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Kollecin əhəmiyyətindən, rayonda yaradacaq mənəvi mühitdən, verəcəyi səmərədən danışmış, yenilik münasibətilə tərkibi daha çox təhsil işçilərindən ibarət olan tədbir iştirakçılarını təbrik etmişdir.
Kollecin ideya müəlliflərindən biri olan filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova yeni təhsil müəssisəsinin ilkin strukturu, ixtisasları, bölmələri barədə məlumat vermişdir.
Çoxprofilli kollecin təkcə rayon üçün yox, region üçün yüksək əhəmiyyət daşımasından təhsil işçisi Hafiz Kərimov, rayon mərkəzi xəstəxanası baş həkiminin müavini İsrayıl İsmayılov, müxtəlif kənd təsərrüfatı sahələrinə rəhbərlik etmiş Alıcan Süleymanov danışmışlar.
Sonda rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirən müraciət qəbul edilmişdir.