“İnsan Hüquqları Aylığı” çərcivəsində tədbir
1998-ci il iyun ayının 18-də qəbul olunmuş “İnsan hüquqlarının müdaifəsinə dair Dövlət Proqramı” dövlətimizin ali məqsədinə nail olunmasında fundamental sənəd kimi mühüm yer tutur.Təsadüfi deyil ki, Dövlət Proqramının qəbul olunduğu gün- iyunun 18-i ölkə başçısının 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira xaım Süleymanovanın təşəbbüsü ilə hır il mayın 18-dən iyunun 18-dək İnsan Hüquqları aylığı elan edilir.
İsmayillı Rayon İcra Hakimiyyəti hər il olduğu kimi bu il də “İnsan Hüquqları Aylığı” çərçivəsində müxtəlif tədbirlər keçirməkdə davam edir.İsmayıllı Regional Mədəniyyət Mərkəzinin iclas zalında “İnsan hüquqları və multikutural dəyərlər” mövzusunda keçirilmiş seminar müşavirə belə tədbirlərdəndir.
Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri açdı.Rayon Mərkəzləşmiş Kitabxanasının müdiri Könül Baxışova,Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov,Bibloqrafiya şöbəsinin müdiri Əbilova Nərgiz çıxış edərək tədbir iştirakçılarına insan hüquq və azadlıqları, insan hüquqları və multikultural dəyərlər barədə məlumat verdilər Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.