Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənddə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı və Millət Vəkilinin görüş-qəbulu keçirilib

06 iyun 2018 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Millət Vəkili Novruz Aslanov Təzəkənd kəndində sakinlərlə görüş-qəbul keçiriblər. İştirakçılar ardıcıl olaraq uğurları ilə seçilən Təzəkənd tam orta məktəbinə toplaşmışdılar.
Tədbiri giriş nitqi ilə açan  RİH-nin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, bu günkü görüş daha çox təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması ilə bağlıdır. Enerji təchizatının yaxşılaşdırılması ilə əlaqədar əsaslı işlər görülür, şəbəkə yenidən qurulur. Kənddaxili yollarınızda narahatlıq yarandığından məlumatım var. Tədbirlər görülür. Fövqəladə hallar komissiyası lazımi iş aparır.
Məktəbinizin uğurları çoxdur. İstərdim ki, məktəb kəndin ehtiyacı olan ixtisaslara məzunların istiqamətlənməsinə də diqqət yetirsin. Sosial problemlərin həlli üçün vergi ödəyiciləri fəal olmalıdırlar. Bələdiyyə də öz funksiyasını daha dəqiq yerinə yetirməlidir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruz Aslanov ilk növbədə Ramazan ayı münasibətilə görüş-qəbul iştirakçılarını təbrik edib.
Diqqəti əsil dövlət mövqeli gənclər tərbiyə edilməsi məsələsinə, sosial problemlərin həllində fəallıq göstərməyə, məişətdə, gündəlik həyatda ortaya çıxan çatışmazlıqların aradan qaldırılmasını daha çox yerli təşkilatlardan gözləməyə yönəldib.
Rayon prokuroru Ülvi Abbasov çıxışında qeyd etdi ki, bələdiyyələr hələ də təşkilatlanmış qaydada fəaliyyət göstərmir, əhali ilə bağlı məsələləri vaxtında həll etmək əvəzinə onları icra orqanlarına yönəldirlər. Hüquqi maarifləndirməyə ehtiyacın ödənməsi üçün İƏD-lər üzrə nümayəndələr və bələdiyyələr daha fəal olmalıdırlar. Biz əməkdaşlarımızla birgə yerlərdən olan istəklərə həmişə müsbət cavab verməyə hazırıq.
Mirdaməd Sadıqov çıxışlardan sonra iştirakçıları dinləyib. Kənd məscidinin dini icmasının qeydiyyat məsələsinin həllinə, Yeniyol kəndində yolun düzəldilməsinə, Təzəkənd İƏD-ə daxil olan Köhnədaxar kəndinə təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına, yüksək gərginlikli elektrik xətlərinin kənddən kənara çıxarılmasına köməklik göstərmək xahiş edilib.
Gəndov kənd sakini Alim Hacıyev kəndə qaz çəkilişinə və yeni məktəb tikintisinə  görə ölkə başçısına minnətdarlıq edib.
Qaldırılan məsələlərin icrası ilə əlaqədar uyğun tədbirlər müəyyənləşdirilib.


                                                  ****
Təbii fəlakət nəticəsində Diyallı kənd mədəniyyət evinin dam örtüyü sıradan çıxmış, burada müvəqqəti məskunlaşmış Şuşa rayon məcburi köçkünü Şakir Əhmədovun yaşayış yeri bütün avadanlıqları ilə birgə sıradan çıxmışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti  Ş.Əhmədovun ailəsinə ilkin yardımı göstərib, müvəqqəti yaşayış yeri ilə təmin edilib. Dövlətqaçqınkomun tikəcəyi ev üçün torpaq sahəsi ayrılıb.
Təzəkənddə görüş-qəbul başa çatdıqdan sonra Mirdaməd Sadıqov, Novruz Aslanov, Ülvi Abbasov və xidmət təşkilatlarının rəhbərləri vəziyyətlə yenidən tanış olmaq üçün Diyallıya gəliblər. Şakir Əhmədovla yanaşı kəndin digər sakinləri də dinlənilib. Hər bir müraciətlə bağlı qanunauyğun tədbirlər görüləcəyi bildirilib.

Keçidlər