Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Region gənclərinin düzgün peşə-ixtisas seçiminə həsr olunmuş layihə icra olunub.

07 iyun 2018 | 16:00

Peşə və ixtisas seçmək insanın cəmiyyətdə özünü təsdiqinin əsasını təşkil edən ən başlıca amillərdən biridir. Seçim qarşısında qalan gənclərimiz çox vaxt peşə seçməkdə çətinlik çəkir, həyatı bacarıqlarına uyğun peşə seçə bilmirlər.
İyunun 6-da  “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin rayonda keçirdiyi layihə də məhz  bu məsələyə həsr olunub.
100 nəfərdən çox gənci əhatə edən seminar-layihəni giriş sözü ilə Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov açıb.
  Tədbirdə iştirak edən RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov ümummilli lider Heydər Əliyevin və  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin peşə təhsilinə  olan diqqət və qayğısı barədə danışıb.
“Bizim Nəsil” GRİA İB-nin sədri Nurəddin Mehdiyev ölkə gənclərinin düzgün peşə-ixtisas seçiminin optimal məsələləri barədə gənclərə məlumat verib.
Odlar Yurdu Universitetinin Karyera və İnkişaf Mərkəzinin direktoru,layihə eksperti Zaur Məmmədov peşə özünütəyini,xarakterlərin peşələrə uyğunluğu,müstəqil ixtisas seçimi,peşə-ixtisas seçimində yan təsirlər,müasir dövrün peşə və ixtisasları,əmək bazarının tələbləri və s.mövzulara toxunub,praktik tapşırıqlar icra olunub. Gənclərlə interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər