Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin tədbiri

12 iyun 2018 | 16:00

11 iyun 2018-ci il tarixdə İsmayıllı Tarix diyarşünaslıq muzeyində “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin “Narkomaniya ilə bağlı regionlarda seminarların keçirilməsi” adlı layihəsi həyata keçirilib. Layihədə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin sədri Turqay Həsənəliyev, təşkilatın fəal üzvü Elmir Ələkbərov və məktəblilər iştirak edib.
         Tədbiri giriş sözü ilə açan “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin sədri Turqay Həsənəliyev bəşəriyyət tarixinin ən böyük bəlalarından biri olan narkomaniyanın fəsadlarından və ona yoluxmanın qarşısının alınmasında maarifləndirmənin gənclərin həyatında müstəsna rol oynadığından danışıb. Daha sonra Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov çıxış edərək, bu cür tədbirlərin keçirilməsində məqsəd narkomaniyaya meyilliyin daha da azaldılması, bu bəlanın yayılmasının qarşısının alınması, gənclərdə sağlam həyat tərzinin və sağlam ruhun formalaşmasının, gənclərin zərərli vərdişlərə istiqamətləndirən səbəblərdən, narkomaniyanın onlarda yarada biləcəyi fəsadlardan və ondan uzaqlaşma yollarından danışıb.
Narkomaniyanın yaranma səbəbləri və ona qarşı mübarizə metodlarından danışan RPŞ-nin nümayəndəsi Rahim Orucov gənclərin sağlam mühitdə böyüməsi üçün dövlətimizin hər cür şərait yaratdığını və bu istiqamətdə ciddi proflaktiki tədbirlərin görüldüyünü bildirib.
Təşkilatın fəal üzvü Elmir Ələkbərov çıxış edərək narkomaniya, boşanma və ölüm kimi halların ailələrə gətirdiyi fəsadlardan və onlardan xilas olunmaq yollarından danışıb.
İşgüzar dialoq formasında müzakirələrlə tətbir yekunlaşıb.

Keçidlər