“İnsan Hüquqları Aylığı” çərcivəsində tədbir
Hər il olduğu kimi bu il də İsmayıllı Rayon İcra Hakimiyyəti “ İnsan Hüquqları Aylığı” çərçivəsində müxtəlif tədbirlər keçirməkdə davam edir.
Qarşıdan 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” gəlir. Bu məqsədlə İsmayıllı şəhər 4 saylı məktəbdə “Narkomaniyaya yox deyək” devizi altında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova açdı. Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov, məktəbin direktoru Şəbnəm Osmanlı, dərs hissə müdiri Oktay Nəzirov, şagirdlərdən Elman Cənnətəliyev mövzu ilə əlaqədar fikirlərini bildirdilər.Tədbirdə şagirdlərə “Özünə inan, həyatı sev, narkotiklərə yox de! “ devizi altında bukletlər, narkomaniyanın törətdiyi fəsadlar barədə maarifləndirici video çarx təqdim olundu. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.