Şriftin ölçüsü :

Saytın rəngi :

Universitetlərin yuxarı sinif şagirdləri ilə görüşü

13 iyun 2018 | 16:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun  təşkilatçılığı ilə  “Universitetlərimizi yaxından tanıyaq” layihəsinə başlanılıb.
Layihə çərçivəsində ilk görüş 12-13 iyun tarixlərində Şamaxı, Ağsu, İsmayıllı, Oğuz, Qax, rayonlarında gerçəkləşib.
       Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Avrasiya Universiteti, Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbələrinə rəhbərlik edən mütəxəssislərin iştirakı ilə beş rayonda yuxarı sinif şagirdlərinə ali təhsil müəssisələri haqqında məlumat verilib. Heydər Əliyev mərkəzlərində keçirilən görüşdə gələcəyin abituriyenti olacaq şagirdlərin şeçim imkanlarının artırılması məqsədilə bu kimi tədbirlərin vacibliyi vurğulanıb.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti  başçısının müavini Sevil Əhmədova tədbir iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.
Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu görüşlərdə çıxış edərək,  müasir dünyanın daha çox elmi-texniki inkişaf üzərində qurulduğunu diqqətə çatdırıb və gənc nəslin bu amilə böyük diqqət ayırmasının vacibliyini söyləyib.
Layihənin hazırlanmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı tövsiyə və tapşırıqlarının əsas götürüldüyünü  deyən C.Musaoğlu gənclərin texniki sahədə  irəli çıxmalarının ölkənin hərətərli inkişafına böyük təkan verəcəyini bildirib.
Universitet rəsmiləri təmsil etdikləri ali məktəbləri slayd formatında təqdim ediblər.
Yuxarı sinif şagirdlərinin maraqla qarşıladıqları təqdimat görüşündə auditoriyanın sualları ətraflı cavablandırılıb və şagirdlərə xüsusi bukletlər, kitabçalar paylanıb.

Keçidlər