İsmayıllı rayonunun dağlıq ərazilərində yağan dolu və leysan yağışları bir sıra kəndlərə ziyan vurub.
17 iyun 2018-ci il tarixində axşam saatlarında rayon ərazisində başlayan güclü küləklə müşaiyət olunan leysan yağışları nəticəsində rayonun elektrik, yol və kənd təsərrüfatına ziyan dəymişdir.
Qoydan kəndində torpaq sürüşməsi aktivləşmişdir.
Rayonun Çəmənli, Qalınçaq, Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin və yardımçı tikilinin damına ziyan dəymişdir.
Tircan, Maçaxı kənd yolunu sel suları dağıtmışdır.
Rayonun 550 ha taxıl sahəsinə ciddi ziyan dəymiş, 1.7 h tütün sahəsi sel suları altında qalmışdır.
Su xəttinə ziyan vurmuş, 20 kəndə su verilişi dayandırılmışdır
66 kəndə elektrik verlişi kəsilmişdir.
İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəymiş ziyan dəqiqləşdirilir. Aidiyyatı strukturlar tərəfindən bərpa işləri davam etdirilir.