Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakkimiyyətində qərargah iclası keçirilib

25 iyun 2018 | 16:00

Yaşıllıqların mühafizəsi və şəhərdə abadlıq, təmizlik işlərinin aparılmasına nəzarətin gücləndirilməsi barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı Mirdaməd Sadıqov idarə rəhbərləri və RİH başçısının aparatı işçilərinin iştirakı ilə  qərargah iclası keçirib.  O, qeyd edib ki, yay mövsümünün ilk günlərindən başlayaraq havalar isti keçir. Ona görə də şəhərin park və xiyabanlarında, Muğanlı-İsmayıllı avtomobil yolunun kənarlarında salınmış yaşıllıqların qorunmasına və suvarılmasına diqqət artırılmalıdır. Hər bir idarə və təşkilat xidmət göstərdiyi yaşıllıq ərazisində səliqə-səhman yaratmalı, sulanması və qorunmasını təmin etməli, qurumuş ağacları çıxarmalıdır. Boş qalan, yararsız hala düşən reklam şiltləri götürülməli, şəhər ərazisindəki çəmənlik və yaşıllıqlara qulluq, təmizlik işlərinin aparılması KMK-nın, şəhər İƏD üzrə nümayəndəliyin və İsmayıllı bələdiyyəsinin gündəlik diqqətində olmalıdır.
Təzəkənd, Diyallı, Talıstan və Cülyan İƏD-lər üzrə icra nümayəndələr, həmin kəndlərin bələdiyyələri onların ərazisində salınmış yaşıllıqların xüsusilə qorunması üçün məsuliyyət daşıdıqlarını dərindən dərk etməlidirlər. Yol vermək olmaz ki, hər kəs yaşıllıq salınmış əraziləri  heyvanların otlağına çevirsin.
RİH-nin başçısı Mirdaməd Sadıqov məsələlərlə  əlaqədar hər bir idarə, müəssisə və təşkilat rəhbərinə konkret tapşırıq verib, görülən işlərə nəzarət və qiymətləndirmə üçün məsul şəxs təyin edib

Keçidlər