Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və tikinti Məcəlləsi”nin təbliği

05 iyul 2013 | 15:00

04 iyul 2013-cü il tarixdə Talıstan kəndində “Şəhərsalma və tikinti Məcəlləsi”nin təbliği ilə bağlı tədbir keçirildi.Tədbir RİH-nin Hüquq şöbəsinin müdiri V.Hüseynovun, RİH-nin Memarlıq və Tikini şöbəsinin böyük məsləhətçisi Kənan Həbibovun, və kənd sakinlərinin iştirakı ilə keçirildi. V.Hüseynov Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli qanunu ilə təsdiq edilən Şəhərsalma və Tikinti Məcəlləsi barədə tədbir iştirakçılarına geniş məlumat verərək son dövrlər tikintilərin xüsusən də vətəndaşlar tərəfindən aparılan fərdi yaşayış evləri tikintisinin çoxalması ilə əlaqədar yeni məcəllənin hər bir vətəndaşın maraq və mənafeyi çərçivəsində olduğunu  tikinti işlərinin sənədləşməsi prosesinin xeyli sadələşdirildiyini bildirdi.
K.Həbibov tədbir iştirakçılarını yaşayış məntəqələrinə yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri ilə məlumatlandırdı.
Tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavablar verildi.

Keçidlər