“Qloballaşan dünyaya inteqrasiya” İctimai Birliyinin tədbiri
30 iyun 2018-ci il tarixdə İsmayıllı Tarix diyarşünaslıq muzeyində “Qloballaşan dünyaya inteqrasiya” İctimai Birliyinin “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak” adlı layihəsi həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov turizmin formalarından və onun təbliğində mediyanın rolundan danışıb. Daha sonra “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin sədri Ilkin Ağayev çıxış edərək, bu cür tədbirlərin keçirilməsində məqsəd ölkədə turizmiz potensialının genişləndirilməsindən danışıb, turizmin inkişafında sosial şəbəkə müstəsna rol oynadığını bildirib.
Ölkəyə turist cəlb olunmasında beynəlxalq turizm sərgilərinin təşkili, möhtəşəm idman yarışlarının keçirilməsi, elit idman növlərinin ölkəyə gətirilməsindən danışan birliyin təlimçisi Xaqani İbadov Respubilkaya gələn turistlərin müxtəlif xidmətlərdən faydalanaraq həmin sahələrə əlavə sərmayələr yönəltməklə yanaşı digər sahələrin, xüsusilə xidmət, ictimai-iaşə, nəqliyyat və bank sektoru kimi sahələrə əlavə gəlir gətirdiyini bildirib.
İşgüzar dialoq formasında müzakirələrlə tətbir yekunlaşıb.