Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda Gənclər siyasəti sahəsində fəaliyyət göstərən 30 nəfərlik qrup Avropa Şurasında təlim kursu keçib

02 iyul 2018 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Avropa Şurasının təşkilatçılığı ilə Fransanın Strasburq şəhərindəki Avropa Gənclər Mərkəzində 23-29 iyun 2018-ci ildə milli, regional, yerli səviyyədə gənclərlə işləyən dövlət mütəxəssisləri və gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün demokratik vətəndaşlıq və gənclərin iştirakı üzrə milli təlim kursu keçilib.
Milli təlim kursunda gənclər siyasəti sahəsində fəaliyyət göstərən dövlət qurumundan 15 nəfər, qeyri hökumət təşkilatlarından 15 nəfər-paritet əsaslarda cəmi 30 nəfər iştirak edib.
Təlimin əsas mövzusu gənclərin qərarların qəbulu və icrasında iştirakı, gənclər sahəsində çalışan hökumət və QHT qurumları arasında fikir mübadiləsinin aparılması, əlaqələrin genişləndirilməsi olmuşdur.
Nümayəndə heyəti səfər çərçivəsində Avropa Şurası Parlament Assambleyasının Yay sessiyasının açılışında iştirak edib.
Azərbaycanın AŞPA-dakı nümayəndəsinin müavini Aqil Günəşov Kurs iştirakçılarını qəbul edib, bu quruma daxil olan 47 ölkə arasında Azərbaycanın aparıcı mövqeyindən danışıb.
Təlim dövründə AŞ-nın Gənclərlə İş üzrə Departamentində və Gənclər mərkəzində görüşlər keçirilib. Xalq sənətkarlığı nümunələri Departament və Gənclər mərkəzi rəhbərlərinə hədiyyə edilib.
Təlim kursunda İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov da iştirak edib.

Keçidlər