Məktəb psixoloqlarının bilik və bacarıqları artırılır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən icra edilən “Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması və regionlarda uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində məktəb psixoloqlarının iştirakı ilə 06 iyul 2018- ci ildə İsmayıllı rayonundakı “Çinar” istirahət mərkəzində 2 günlük təlim başlanılmışdir. Təlimə regionlardan olan 20 məktəb psixoloqu və Uşaq birliyi rəhbərləri cəlb edilmişdir.
Təlimin ilk günü “Hüquq Dünyası” Hüquqi Təbliğat İB-nin baş katibi, layihə rəhbəri Zaur Quliyev tədbiri açaraq həyata keçirilən layihə, donor təşkilat barədə iştirakçılara məlumat vermiş, bildirmişdir ki, bu günkü təlimə regionlardan 20 məktəb psixoloqu və uşaq birliyi rəhbəri cəlb olunmuşdur . Təlim zamanı müasir praktik psixoloji xidmətin aktual məsələlərinə uyğun mövzular tədris ediləcək, müxtəlif qiymətləndirmə formaları üzərində praktiki iş aparacaqdır.
İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, region psixoloqlarınin bilik və bacarıqlarının artırılması baxımından faydalı olacağını qeyd etmişdir.
Təlimçi- ekspert, psixologia üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva çıxışında deyib ki, təhsildə psixoloji xidmətin məqsədi,vəzifələri və xüsusiyyətləri, sağlamlıq imkanları məhdud uşaqlarla, təhsildə şagirdlərlə psixoloji işin təşkili, məktəb psixoloqunun fəaliyyətinin əsas elementləri, psixoloji qiymətləndirmə və konsultasiya mövzularına dair təqdimatlar olacaq, müxtəlif problemli situasiyalar üzrə praktiki diaqnostika, konsultasiyalar aparılacaq..
Təlimçi-ekspertin dəstəyi ilə təlimdə iştirak etmiş hər bir psixoloq fəaliyyət göstərdiyi məktəbdə və reablitasiya mərkəzində riskli davranışlara və zərərli vərdişlərə meyilli uşaqlara sosial-psixoloji xidmət göstəriləcəkdir. Psixoloq uşaqlar arasında psixodiaqnostika işini aparacaq və gördüyü işlər barədə qisa hesabat hazırlayıb təşkilatçılara göndərəcəkdir.
Təlim kursunun sonunda iştirakçılara Sertifikatlar təqdim olunacaqdır.