İsmayıllı şəhərinin Mican ərazisində sakinlərlə görüş-qəbul keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şəhərin Mican ərazisində (əvvəllər ayrıca İƏD idi) görüş-qəbul keçirib. Tədbir 7 saylı məktəbdə baş tutub. Görüş-qəbulda mətbuat işçiləri, RİH-nin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
RİH-nin başçısı Mirdaməd Sadıqov giriş nitqində qeyd edib ki, dövlətin sosial siyasətinin nəticəsi olaraq tikinti-abadlıq-quruculuq işləri artmaqda davam edir, abad yollar şəbəkəsi genişlənir. Dövlət qayğısı və müəyyən olunmuş imtiyazlar hər bir ünvana vaxtında çatdırılır. Azərbaycan dövləti və hökumətinin həyata keçirdiyi tədbirlərin, proqramların, layihələrin nəticəsidir ki, insanların həyat səviyyəsi yüksəlir, istehsal sahələrində məhsuldarlıq artır, aqrar sahənin yeni istiqamətləri yaranır və ya bərpa olunur.
Bu və ya digər məsələlərdən danışan Mirdaməd Sadıqov iştirakçıları, sözü, təklifi, problemi olan hər kəsi dinləyib, qaldırılan məsələlərlə əlaqədar müvafiq tapşırıqlar verib.