Şriftin ölçüsü :

Saytın rəngi :

"Mobil ASAN" səyyar xidmətləri İsmayıllıda BAŞLADI!

19 iyul 2013 | 15:00

İsmayıllıların nəzərinə!


"Mobil ASAN" səyyar xidmətləri İSMAYILLIDA

Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobus vasitəsi ilə ASAN xidmət mərkəzlərinin olmadığı regionlara səfər edilərək "Mobil ASAN" səyyar xidmətləri həyata keçiriləcəkdir.
Bununla əlaqədar səyyar xidmət avtobusları 18-29 iyul tarixlərində İsmayıllı şəhərinin mərkəzində olacaqlar.

Avtobuslarda səyyar formada göstərilən xidmətlər:

Ədliyyə Nazirliyi:
notariat fəaliyyəti;

Daxili İşlər Nazirliyi:
şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi:
torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

Dövlət Sosial Müdafiə Fondu:
əmək pensiyalarının təyin edilməsi;

Əmlak Məsələləri Dövlət Komitəsi:
Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Hüquqi yardım xidməti:

Yardımçı xidmətlər:
bank hesablarının açılması;
valyuta mübadiləsi;
dövlət rüsumlarının və xidmət haqlarının qəbulu;
inzibati xətalara dair cərimələrin qəbulu;

Sığorta:
avtomobillərin sığortası;
daşınmaz əmlakın sığortası.

(əlavə məlumat - asan.gov.az)


*Xahiş edirik bu barədə rayonumuzun sakinlərini məlumatlandırın.

Keçidlər