Şriftin ölçüsü :

Saytın rəngi :

Lahıcda misgərlik sənətinin inkişaf perispektivləri müzakirə olundu

08 iyul 2018 | 16:00

"Yeni Həyat - İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində 07 iyul 2018-ci il tarixdə tədbir keçirib. Lahıc qəsəbəsində baş turan görüşdə rayon icra hakimiyyətinin yerli nümayəndəsi, Lahıc kənd tam orta məktəbinin direktoru, kənd ziyalıları və misgərlər iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri Ədil Ədilzadə qeyd edib ki, 3 ayda həyata keçirilən layihə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən Lahıc misgərlik sənətinin inkişaf etdirilməsindən bəhs edir.

Ə. Ədilzadə bildirib ki, Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi bu sahəyə marağı daha da artırıb. Artıq dövlət səviyyəsində Lahıc misgərlik sənətinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Layihə çərçivəsində görülən işlərdən danışan təşkilat sədri bildirib ki, Lahıc misgərlik sənəti ilə bağlı mövcud vəziyyətinin təhlil edilib, Lahıc misgərlik sənəti ilə bağlı dövrü mətbuatda yazılar dərc olunub.

Tədbirdə çıxış edən Lahıc qəsəbə İƏD üzrə nümayəndəsi Fikrət Haqverdiyev Lahıc misgərlik sənətinin tarixindən danışıb. Qeyd edib ki, cənab prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində bu sənət dünya miqyasında tanınır. Hazırda Lahıc misgərlərinin illərdən bəri yığılıb qalan problemlərinin hamısı öz həllini tapıb. Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdiyev Lahıcda fəaliyyət göstərən misgərlərin bu sənətin inkişafı üçün davamlı addımlar atdığını bildirib Qeyd edib ki, hazırda Lahıcda yeni orta məktəb inşa olunur. İcra başçısı Mirdaməd Sadıqovun göstərişi ilə köhnə məktəb binasında misgərlik kurslarının açılışı təmin ediləcək.

Sonda Rza ustanın emalatxanasında Lahıc misgərlik sənəti ilə bağlı təşkil olunan sərgiyə baxış keçirilib.

Keçidlər