Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda tütünçülük inkişaf etdirilir.

12 iyul 2018 | 16:00

İsmayıllı rayonunun kənd təsərrüfatı məhsulları istehsalında və əhalinin məşğulluğunda tütünçülük vaxtilə xüsusi mövqeyə malik idi. Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasətin nəticəsi olaraq, eləcə də qeyri-neft sektorunun inkişafı istiqamətində son illərdə rayonumuzda tütünçülük sahəsi də bərpa edilmişdir. Belə ki, rayonumuzda 2016-cı ildə 5 ha, 2017-ci ildə 15 ha və 2018-ci ildə isə 22 ha sahədə tütün əkilmişdir. Tütün istehsalı 27.2 tona çatdırılmış, əhali arasında tütün əkin sahəsi və istehsalının daha da artırılması ilə əlaqədar lazımi tədbirlər aparılır.
Bu tədbirlərin davamı olaraq 12 iyul 2018-ci il tarixdə Qurbanəfəndi kəndində tütünçülüklə bağlı seminar-müşavirə keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd tütün bitkisinin aqrotexnikası, xəstəlik zərərvericilərinə qarşı mübarizə üsulları və müasir becərmə texnologiyasının tütün istehsalçılarına əyani göstərilməsidir.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Şahin Hüseynov, Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri Paşa Məmmədov, Akif Əsədov çıxış edib. Tütünçüləri maraqlandıran suallara ətraflı cavablandırılıb.
Seminar-müşavirədə tütünçülüklə məşğul olan istehsalçılar, mütəxəssislər, aidiyyəti qurum nümayəndələri iştirak edib.

Keçidlər