İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Cülyan kəndində qəbulu
Rayon mərkəzinə məsafəcə ən yaxın olan Cülyan kəndinin sosial problemləri yaxın zamanlardan daha ardıcıl həllini tapmağa başlayıb. Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun burada keçirdiyi qəbul göstərdi ki, inkişafımız sürətləndikcə, sosial həyatımız yaxşılaşdıqca yeni qayğılar, yeni istəklər ortaya çıxır. Sakinlərin qaldırdığı məsələlər də bu fikrin sübutu oldu. Əmirxan Piriyev suvarma suyunun artırılmasına, Vahid Piriyev və Hakim Qafarov enerji təchizatını yaxşılaşdırmaq üçün təmir işlərinin aparılmasına və yeni transformator qoyulmasına, Rəşid Ağayev 2012-ci ildə ona verilən həyətyanı sahə üçün sənəd almasına köməklik göstərməyi xahiş ediblər.
Qaldırılan hər bir məsələ ilə əlaqədar aid strukturların məsul şəxslərinə və Cülyan bələdiyyəsinə konkret ünvanlı tapşırıqlar verilib.
Xəyalə Piriyeva xahiş edib ki, bu günkü tələblərə əsla cavab verməyən, təmir üçün də yararlı olmayan mövcud tibb məntəqəsinin binasının əvəzinə yenisinin tikilməsi məsələsinə baxılsın. Mirdaməd Sadıqov məsələnin çox vacib olduğunu, donor təşkilat və ya aid strukturların köməyi ilə problemin həll ediləcəyini bildirib.
Bir neçə şəxsi xahişlər də olub və hər biri ilə bağlı tədbirlər müəyyənləşdirilib