Şriftin ölçüsü :

Saytın rəngi :

“Tərəqqi” sosial-iqtisadi araşdırmalar” ictimai birliyinin İsmayıllıda tədbiri

18 iyul 2018 | 16:00

“Tərəqqi” sosial-iqtisadi araşdırmalar” ictimai birliyi İsmayıllı şəhər uşaq-gənclər kitabxanasının akt zalında “Dini icmalarla qarşılıqlı əlaqə, İslam dini ekstermizm və radikalizmə qarşı” mövzusunda tədbir keçirib.
Mövzuya dair ictimai birliyin sədri İndira Şəmsvari məruzə edib.
Din xadimlərinin, veteranların, gənclərin, mədəniyyət və təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirdə veteran Valeh Salehov, İsmayıllı rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, jurnalist Lətifə Əliyeva, YAP rayon təşkilatı aparatının rəhbəri Anar Nəbiyev, “Cümə” məscidi icmasının sədri Vasif Teymurov, Talıstan dini icmasının sədri Abbas Əzizov və tarix müəllimi Əhməd Tahirov çıxış edib, radikal və qeyri ənənəvi dini cərəyanlara, təriqətlərə qarşı mübarizə yollarından, dini fanatizmdən uzaqlaşmağın imkanlarından danışıblar.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bu günümüz və sabahımız üçün çox vacib olan mövzunu yüksək səviyyədə iştirakçılara çatdırdığına görə İB-in sədrinə təşəkkür edib, razılığını bildirib ki, çıxışçılar məsələyə əsil islami, dövlət və vətəndaş mövqeyindən yanaşıblar.
Sonda geniş fikir mübadiləsi, suallar əsasında maraqlı dialoq aparılıb.

Keçidlər