Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Qoşakənddə sakinləri qəbul edib

24 iyul 2018 | 16:00

Qoşakənd kəndində Orta Asiyadan gələn qaçqınlar, Qərbi Azərbaycanlı soydaşlarımız, müxtəlif rayonlardan olan məcburi köçkünlər və torpaq sürüşməsi səbəbindən kəndlərindən köç edən varnalılar məskunlaşıblar. Azərbaycan dövlətinin və Prezidentinin qayğısı və diqqətinin nəticəsi olaraq kəndin hər bir sakini üçün normal həyat və inkişaf şəraiti yaradılıb.
Burada sakinləri qəbul edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova ilk müraciət edən məhsəti türkü Lətifşah Əsfəndiyev olub. O, əvvəlcə ölkə rəhbərinə, dövlətimizə, bugünkü həyatlarına görə, onlara əsl mənada sahib çıxdığı üçün minnətdarlığını bildirib. Sonra Təzəkənd-Qoşakənd asfalt yolunun çəkilməsinə, qaz yanacağı verilməsinə yardımçı olmağı xahiş edib. Nazilə Rəsulova buğda əkini üçün subsidiya ala bilməməsini, Qərənfil Hüseynova övladlarına həyətyanı torpaq sahəsi lazım olduğunu, Mühiddin Süleymanov məhsəti türkləri üçün tikilmiş evlərə elektrik sayğacı qoyulmadığını, Gülüstan Nuriyeva xəstə uşaqlarının tibbi müdaxilə və yardıma ehtiyacı olduğunu deyib.
Qaldırılan hər bir məsələ nəzarətə götürülüb və müvafiq təşkilatlara uyğun tapşırıqlar verilib.

Keçidlər